Rəmzlərin izi ilə

2022

Video Game

Note: The game demo does not support English. (in Azerbaijani)

Bu oyun prototipdir.

Rəmzlərin izi ilə bilim video oyunun birinci hissəsi “Həyat ağacı” təsvir motivinin öyrənilməsinə həsr olunub. Həyat ağacı təsvir motivi bütün dünya mədəniyyətində (Şumer-Akkad, Misir, Qədim İran, Çin, Türk, Azərbaycan, Slavyan və s) rast gəlinən mifoloji bir obrazdır.

Həyat ağacı təsvir motivinə Azərbaycanda da çox sıx rast gəlinir. Daha çox dekorativ tətbiqi sənət nümunələrində həm bəzək, həm də simvolik bir təsvir kimi qarşımıza çıxan Həyat ağacı motivi qəbirüstü abidələrdə, xalçalarda, tikmələrdə öz əksini tapmaqla yanaşı bəzi memarlıq abidələrinin interyerlərində divar rəsmlərini də bəzəyir.

Bu bilim video oyununun materialını hazırlamaq üçün Azərbaycanın Qobustan rayonun Sündü və Nabur kəndlərinə gedilmiş və orada yerdəşən qəbirüstü abidələrin nümunələri əsasında lazımlı məlumatlar toplanılmışdır.